Möhkəmlik
Möhkəmlik — material xassəsi olub, onun plastiki deformasiya və kəsilməyə qarşı göstərdiyi mexaniki müqavimətini təsvir edir. Gərginlik-deformasiya-diaqramından vacib texniki möhkəmlik parametrləri tapılır. Materialın tərkibindən, temperaturundan, təsir edən yükdən və təsir sürətindən asılı olaraq müxtəlif möhkəmlik qiymətləri əldə edilir.
Təsir edən yükün növündən asılı olaraq fərqlənirlər:
statik və dinamik möhkəmlik (məsələn, sükutda duran, uzunmüddətli dözümülülük),
yükün təsir istiqamətindən asılı olaraq yaranan möhkəmlik(sıxılma və dartılma),
həmçinin əyilmə, sınma və kəsilmə möhkəmlikləri.